Bilik Dəftəri · bilikdefteri.az

İstifadə şərtləri

Bilik Dəftəri artıq yalnız təhsil sistemi deyil — müəllim gəliri, marketplace, balans, karyera, sosial və AI ekosistemidir. Bu sənəd hüquq və öhdəlikləri sadə dildə toplayır.

📄 Version v11.0 🗓 Son yenilənmə: Avqust 2026 🖨 Çap / PDF hazır
Heç bir bölmə tapılmadı. Axtarışı dəyişin.

Bilik Dəftəri (bilikdefteri.az) elektron təhsil ekosistemidir.

Platforma məktəblər, kurslar, müəllimlər, repititorlar, şagirdlər və valideynlər üçündür.

  • Təhsil və test sistemi
  • Müəllim gəlir və təsdiq sistemi
  • Repititor marketplace və ödənişli kurslar
  • Balans və ödəniş müraciətləri
  • Karyera Mərkəzi və CV
  • Sosial funksiyalar və StudyVerse / metaverse
  • AI tövsiyə və analitika modulları

Platformadan istifadə etməklə bu İstifadə Şərtlərini qəbul etmiş sayılırsınız.

Razı deyilsinizsə, istifadəni dayandırın.

İstifadəçi düzgün və aktual məlumat verməlidir.

  • Saxta hesab yaratmaq qadağandır
  • Birdən çox hesab yaratmaq qadağandır
  • Saxta müəllim hesabı bloklana bilər
  • Hesabın təhlükəsizliyinə istifadəçi cavabdehdir

Müəllim yalnız admin tərəfindən təsdiqləndikdən sonra aşağıdakıları edə bilər.

  • Test əlavə etmək
  • Mövzu əlavə etmək
  • Kurs yaratmaq
  • Gəlir əldə etmək
Admin istənilən vaxt təsdiqi ləğv edə bilər.

Müəllim yalnız özü hazırladığı materiallardan gəlir əldə edir.

AI tərəfindən avtomatik yaradılmış testlərə görə ödəniş hesablanmır.

Sual Bankından avtomatik yaradılmış AI məzmuna görə ödəniş hesablanmır.

  • Müəllimin özünün əlavə etdiyi test
  • Müəllimin özünün əlavə etdiyi mövzu
  • Müəllimin özünün əlavə etdiyi dərs
  • Şagird eyni testi neçə dəfə işləsə də, yalnız ilk istifadə ödəniş yaradır
  • Platforma saxtakarlığa qarşı avtomatik analiz aparır
  • Şübhəli fəaliyyətlər ödənişdən çıxarılır
  • Platforma istənilən vaxt hesablamanı ləğv edə bilər

Müəllim qazancının müəyyən hissəsi platformaya komissiya kimi tutulur.

Net məbləğ müəllim kabinetində göstərilir.

  • Minimum çıxarış: 10 AZN
  • Ödəniş yalnız iş günləri edilir
  • Yoxlama müddəti: 1–2 saat
  • Platforma əlavə yoxlama tələb edə bilər

Kart məlumatı qeydiyyatda məcburi deyil.

İstənilən vaxt əlavə edilə bilər.

Kart məlumatları yalnız ödəniş göndərilməsi üçün istifadə olunur.

Kart məlumatları təhlükəsiz saxlanılır və üçüncü tərəfə satılmır.

Repititor ödənişli kurs yarada bilər.

Qiyməti özü müəyyən edir.

Şagird ödəniş etmədikdə kurs bağlanır.

  • Abunə müddətləri: 1 ay, 2 ay, 3 ay, 6 ay, 12 ay

Şagird balans artırmaq üçün müraciət edir.

Hazırda avtomatik ödəniş sistemi yoxdur.

Platforma administratoru ödəniş rekvizitlərini təqdim edir.

İstifadəçi ödənişi etdikdən sonra qəbzi sistemə yükləyir.

Qəbz əlavə olunması balans artırma müraciətində məcburidir.

Administrator təsdiqlədikdən sonra balans artırılır.

CV yalnız müəllim və kurs tələbəsi yerləşdirə bilər.

1–11 sinif şagirdləri CV yerləşdirə bilməz.

18 yaş tamam olmadıqda sistem xəbərdarlıq göstərir.

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun məlumat göstərilir.

  • İstifadəçilər paylaşım edə bilər
  • Şəkil paylaşa bilər
  • Dost əlavə edə bilər
  • Otağını paylaşa bilər
  • Qeyri-etik məzmun silinə bilər

Platformada AI istifadə olunur.

AI tövsiyələri hüquqi qərar hesab edilmir.

AI səhv edə bilər. Nəticələri tənqidi qiymətləndirin.

Virtual StudyVerse təhsil və sosial təcrübə üçündür.

Digər istifadəçilərə hörmət edin.

Spam, təhqir və qanunsuz məzmun qadağandır.

Platforma otaq və hesabları məhdudlaşdıra bilər.

  • QR davamiyyət yalnız öz adınızdan aparılmalıdır
  • İmtahan suallarını yaymaq qadağandır
  • Nəticələri saxtalaşdırmaq qadağandır

Platforma aşağıdakı halları aşkarlaya bilər.

  • Birdən çox hesab
  • Eyni cihaz / eyni IP
  • Eyni davranış və saxta klik
  • Bot və kütləvi test işləmə
Platforma hesabı bloklama hüququna malikdir.

Aşağıdakı hallarda hesab bloklana bilər.

  • Saxta müəllim və ya saxta diplom
  • Spam və pirat material
  • Platformanı aldatmaq
  • Ödəniş saxtakarlığı

Platforma «olduğu kimi» təqdim olunur.

Təhsil və imtahan nəticələrinə dair hüquqi zəmanət verilmir.

İstifadəçi öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

  • «Fərdi məlumatlar haqqında» Qanun
  • «Elektron ticarət haqqında» Qanun (ödənişli xidmətlər üzrə)
  • Əmək Məcəlləsinin yetkinlik yaşına çatmayanlara dair müddəaları
  • Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında qanunvericilik

Şərtlər istənilən vaxt yenilənə bilər.

Yenilənmiş mətn dərc olunduğu andan qüvvəyə minir.

Suallar üçün «Əlaqə» səhifəsindən yazın.